Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində rus adı olan şərab diqqət çəkib.
Menyunu “X” sosial şəbəkəsindəki səhifəsində CNN-in müxbiri Eleyin Trin dərc edib.
Belə ki, desert üçün qonaqlara xama dondurması və duzlu karamel ilə alma şirəsi, həmçinin Kaliforniyadan “Korbel Russian River Valley” təbii şərabı təqdim edilib.
“Korbel”, kolleksiyası on növ köpüklü şərabdan ibarət Kaliforniya şərab zavodudur. Onun yaradıcı ailəsi 1850-ci illərdə ştatlara köçüb. Şərabın adı isə ərazidən axan Rus çayından götürülüb. Rus çayı (və ya Raşen River) Şimali Kaliforniyadan başlayır və Sakit Okeana axır.\\Publika.az
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ