Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bu gün keçiriləcək inauqurasiya mərasimi üçün rekord məbləğdə – 250 milyon dollar vəsait toplanıb.
Musavat.com xəbər verir ki, bu barədə ABC teleşirkəti mənbələrə istinadən məlumat yayıb. Vəsait Tramp və vitse-prezidenti Ceyms Devid Vensin inauqurasiya komitəsi, eləcə də bu tədbirləri dəstəkləyən digər iri təşkilatlar tərəfindən toplanıb. Xatırladaq ki, Trampın 2017-ci ildəki inauqurasiya mərasimi üçün cəmi 107 milyon dollar toplanmışdı.
Məlumata görə, bu mərasim texnologiya sahəsində fəaliyyət göstərən nəhəng şirkətlər, o cümlədən “Meta”, “Apple”, “Amazon”, “Google”, “Microsoft”, “OpenAI” və “Uber” tərəfindən maliyyələşdirilib. Eyni zamanda, kriptovalyuta sektorunun əsas iştirakçıları da dəstək verib. “Ripple” 5 milyon dollar, “Robinhood” 2 milyon dollar, “Coinbase” isə 1 milyon dollar sərmayə yatırıb.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ