İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Harrislə debatı bu tarixdə baş tutacaq

Donald Trampın Kamala Harrislə debatı sentyabrın 10-da ABC News-da baş tutacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, tədbir Filadelfiyada baş tutacaq. Qaydalar Baydenlə iyun debatındakı kimi qalacaq.

Belə ki, namizədlər debatda ayaqüstündə iştirak edəcəklər. Onlara qeydlər və ya "şparqalka" vərəqləri gətirmək qadağandır.

ABC televiziya kanalı debatın ədalətli və bərabər olacağına, tərəflərə əvvəlcədən sual verilməyəcəyinə söz verib.

Məlumata görə, təşkilatçılar Harris kampaniyasının bütün 90 dəqiqə ərzində mikrofonları açıq saxlamaq tələbinə məhəl qoymayıblar.

Tramp studiyada tamaşaçıların olub-olmayacağını dəqiqləşdirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR