İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bu çıxışı yaxınları tərəfindən avantüra sayılıb

Respublikaçı senatorlar və Nümayəndələr Palatasının üzvləri ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi perspektivini axmaqlıq sayırlar, lakin onlar bununla bağlı yeni seçilmiş prezident Donald Trampla üzləşməkdən çəkinirlər.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Respublikaçı siyasətçilərə görə, Panama kanalına birbaşa ABŞ-ın nəzarətinin bərpası ideyası da çətin görünür. Lakin bəzi respublikaçılar Panama kanalının ABŞ-ın milli təhlükəsizliyi üçün həyati önəm kəsb etdiyini düşünürlər.

“The Hill” qəzetinin yazdığına görə, hakim partiyanın nüfuzlu şəxsləri Trampın Qrenlandiya və ya Panama kanalını ələ keçirməsi üçün heç bir imkan görmürlər və bu barədə Vaşinqtonda ciddi müzakirə aparılmadığını qeyd edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR