Onlayn ictimai-siyasi qəzet
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov mediada Ramiz Mehdiyevin "komandası" ilə bağlı yayılan siyahılara münasibət bildirib. "AzPolitika" xəbər verir ki, onun sözlərinə görə, onlardan biri “beşinci kolon” adlanan şəxsləri, digəri isə Ramiz Mehtiyevin tərəfdarlarının yaydığı və keçmiş tərəfdarları “xain” adlandırdığı iki siyahı ortadadır. Həmin siyahılarda bəzi şəxslərə qarşı kompromatla hədələmələr də var.
T.Zülfüqarov deyib ki, kim hansı tərəfdə olursa-olsun, belə qruplaşmaların yaranması və qarşıdurmanın açıq şəkildə formalaşması cəmiyyət üçün təhlükəlidir.
“Bu cür daxili qarşıdurmalardan bəzi xarici qüvvələr öz maraqları naminə istifadə etməyə çalışacaq. Məqsədləri ölkədə vətəndaş həmrəyliyini pozmaqdır. Onlar üçün kimin qalib gəlməsi önəmli deyil, əsas odur ki, ölkədə xaos yaransın və münaqişə dərinləşsin,” – deyə o bildirib.
Bununla belə, Tofiq Zülfüqarovun sözlərinə görə, artıq bu gün aydın görünür ki, bu cəhdlər uğursuzluğa məhkumdur.
Erməni politoloq Ara Arayan deyib ki, “Azərbaycanda çevriliş cəhdinin qarşısı alınıb. Keçmiş Prezident Aparatının rəhbəri, hələ Heydər Əliyev dövründən nüfuz sahibi olan Ramiz Mehdiyev saxlanılıb. Şayiələr gəzir ki, Mehdiyevin çevriliş planı barədə Əliyevə Düşənbədə məhz Putin məlumat verib”.
“Qəribədir: Rusiya–Azərbaycan münasibətləri gərgin idi, amma Putin belə bir addım atdı. Eynilə bir vaxtlar ruslar aralarındakı ciddi ziddiyyətlərə baxmayaraq, Ərdoğana da “əl uzatmışdılar”.
Deyirlər, vaxtilə Türkmənbaşı Niyazovu uzaqlaşdırıb Berdiməhəmmədovu hakimiyyətə gətirmək planı ruslara aid idi. Özbəkistanda güclü prezident İslam Kərimov da rusların köməyi ilə uzaqlaşdırıldı, Qazaxıstanda Nazarbayev Tokayevlə əvəz olundu, Qırğızıstanda bir neçə dəfə hakimiyyət dəyişikliyi oldu – yenə Rusiyanın dəstəyi ilə”, – A.Arayan qeyd edib.
O vurğulayıb ki, Kremlin Əliyevlərə sədaqəti isə sarsılmazdır:
“Kreml həmçinin Mərkəzi Asiya diktatorlarına və Belarus Prezidenti Lukaşenkoya xüsusi hörmət göstərir. Ermənistana isə tamamilə başqa, sayğısız və düşməncəsinə bir münasibət var. Ermənistandakı istənilən antihakimiyyət qüvvə təşviq edilir və istifadə olunur. Bu vəziyyət hələ Levon Ter-Petrosyan dövründən bəri dəyişməyib. İstər hakimiyyət, istərsə də müxalifət rusların sadiq əlaltılarıdır. Bəs problem nədədir? Yoxsa biz türkmənlərdən, azərbaycanlılardan, qırğızlardan daha zəif xalqıq?
Ermənistan bəlkə də keçmiş Sovet ölkələri arasında yeganə bankrot ölkədir ki, heç bir dövlət əmlakına sahib deyil. Ölkənin nə yeraltı sərvətlərinin, nə də sənaye sahələrinin sahibi dövlətdir”.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
Musavat.com
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ