İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampı ölümlə hədələyirdi, tutuldu

Pensilvaniya ştatının Butler şəhərində yaşayan 32 yaşlı Şon Monper adlı şəxs  ABŞ Prezidenti Donald J. Trampı, digər yüksək vəzifəli ABŞ rəsmilərini və İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərini öldürməklə hədələdiyi üçün federal cinayət işi üzrə ittiham olunur.

ABŞ Baş Prokuroru Pamela Bondi açıqlamasında bildirib ki, FTB və yerli polis əməkdaşlarının peşəkar və sürətli istintaqı sayəsində Monperin təhlükəli planlarının qarşısı alınıb.

"Əmin olun ki, bu cür təhdidlər ciddi qəbul edilir və qanunun ən sərt şəkildə tətbiq olunması təmin ediləcək," - deyə Bondi əlavə edib.

Araşdırma zamanı məlum olub ki, yanvarın 20-də Trampın andiçmə mərasimindən az sonra Monper odlu silah alıb. 

O, aprelin 9-da həbs edilib və dörd maddə ilə ittiham olunub./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR