İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Zelenskiyə SƏRT TƏNQİD, Putinə HEYRANLIQ — Sirlər açıldı

"The Wall Street Journal"ın məlumatına görə, Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı istehzalı açıqlamaları şəxsi incikliklə bağlıdır.

Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Tramp 2018-ci ildə Helsinkidə baş tutan görüşdən bəri Rusiya prezidenti Vladimir Putinə qarşı "heyranlığa çatan hörmət" bəsləyir. Bu iddia  Con Boltonun açıqlamaları əsasında irəli sürülüb.

Boltonun sözlərinə görə, Tramp Putinin gücündən və ölkə üzərindəki tam nəzarətindən təsirlənib. Müşavirlər Trampa Putin haqqında daha skeptik olmağı tövsiyə etsələr də, bu cəhdlər uğursuz olub.

Bu açıqlamalar ABŞ-ın xarici siyasətindəki mövqelərlə bağlı müzakirələri yenidən alovlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR