Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Rusiyaya yalnız problemlər gətirib və heç nə verməyib.
Musavat.com xəbər verir ki, onun Ağ Evdəki çıxışı "Fox News" telekanalı tərəfindən yayımlanıb.
Amerika lideri xatırladıb ki, məhz onun administrasiyası dövründə Ukrayna "Javelin" raket kompleksləri alıb.
“Dürüstlük istəyirəm, bunu düşünün: Rusiyaya kədərdən başqa heç nə gətirmədim. Onlara heç nə vermədim. Mən onlara sanksiyalar və Ukraynaya isə "Javelin" verdim. Sonra mənim Rusiyaya nə qədər yaxın olduğumu müzakirə edirlər”, – deyə Tramp vurğulayıb.
Tramp Rusiyaya qarşı yumşaq siyasət yürütdüyü barədə ittihamları rədd edib.
O, həmçinin Rusiyanın Ukraynanın NATO-ya qoşulmasına qarşı çıxmasını anladığını deyib. Trampın sözlərinə görə, Moskva və Kiyev arasında bütün tərəfləri razı salacaq bir razılaşma var idi, lakin sələfi Co Bayden bu razılığı pozdu və Ukraynanın alyansa qoşulmalı olduğunu qərara aldı.
“Rusiya həmişə deyirdi ki, Ukrayna NATO-ya daxil olmamalıdır”, – deyə Tramp vurğulayıb.
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ