İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Qəzza planı ilə bağlı qalmaqallı AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək planını müdafiə edib və bu planın "həqiqətən işə yarayan bir plan" olduğunu vurğulayıb.

Tramp Fox News telekanalına verdiyi müsahibədə "Bu planı zorla həyata keçirmək istəmirəm, sadəcə təklif edəcəyəm. O zaman ABŞ bölgənin sahibi olacaq, Həmas olmayacaq, inkişaf olacaq və təmiz bir səhifədən başlanacaq" sözlərini deyib.

Tramp həmçinin İordaniya və Misirin fələstinliləri köçürmə planına qarşı çıxmasını təəccüblü sayaraq, "İordaniya və Misirə milyardlarla dollar ödəyirik və onların buna qarşı çıxmasına təəccüblənirəm" sözlərini də əlavə edib.

O, Qəzza zolağı haqqına "Bura gözəl yerdir, İsrailin niyə imtina etdiyini bilmirəm" deyərək jurnalistlərin Qəzza ilə bağlı digər suallarını da cavablayıb.

Onun bu nitqi yenidən qalmaqala səbəb olub./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR