İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Putinə ilk XƏBƏRDARLIQ

“Rusiya prezidenti Ukrayna ilə bağlı sazişi imzalamaqdan imtina etməklə öz ölkəsini məhv edir”.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“O, (Putin - red) razılığa gəlməlidir. Düşünürəm ki, o, müqavilə bağlamamaqla Rusiyanı məhv edir”, - Tramp bildirib.

Onun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin nizamlanmasına dair sazişi qəbul etməkdən imtina edərsə, “Rusiyanın böyük problemləri olacaq”.

Eyni zamanda, ABŞ prezidenti böhrana “mümkün qədər tez” son qoymaq üçün danışıqlar təşkil olunan kimi Rusiya lideri ilə görüşməyi planlaşdırdığını bildirib. O qeyd edib ki, bu istiqamətdə artıq addımlar atılır:

“Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna və Rusiya ilə müharibə heç vaxt olmamalı idi”.

Bir gün əvvəl CNN telekanalı Trampın Putinlə telefon danışığının təşkil edilməsini əmr etdiyini bildirmişdi. Söhbətin mövzusu Ukraynadakı nizamlanma olacaq.

Kremlə yaxın mənbələr danışıqlara hazırlıqların getdiyini təsdiqləyir, lakin qeyd edirlər ki, hələ şəxsi görüşdən söhbət getmir, xüsusən də Trampın ilk rəsmi səfərinin çox güman ki, Çinə olacağına görə.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR