Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Çin və Rusiya liderlərinə müdafiə xərclərini yarıya endirməyi təklif edib.
“Mən Çin Xalq Respublikasının sədri Si Cinpinə və Rusiya Prezidenti Vladimir Putinə demək istəyirəm: Gəlin, müdafiə büdcəmizi yarıya endirək”, – deyə Tramp bildirib.
Musavat.com xəbər verir ki, bundan əlavə, o, Rusiya və Çin nümayəndələri ilə nüvə arsenalının azaldılması mövzusunda görüş keçirmək istədiyini də qeyd edib.
Trampın bu təşəbbüsü beynəlxalq təhlükəsizlik və silahlanma yarışı ilə bağlı yeni müzakirələrə yol aça bilər. Lakin rəsmi Moskva və Pekinin bu təklifə necə reaksiya verəcəyi hələlik bəlli deyil.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ