İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Netanyahuya: Qətlləri dayandır!

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən ay İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü haqqında danışıb.

Musavat.com xəbər verir ki, o, bu barədə Nyu-Cersidə keçirilən mətbuat konfransında bəhs edib.

Trampın sözlərinə görə, görüş zamanı o, Netanyahuya “tez qalib gəlməyi” tövsiyə edib, çünki Qəzzada “qətl dayandırılmalıdır”.

Mətbuat konfransında Trampdan Netanyahunu HƏMAS ilə atəşkəsə çağırıb-çağırmadığı barədə soruşulub.

Donald Tramp Netanyahunun “nə etdiyini bildiyini” söyləyərək suala mənfi cavab verib.

“Ona dedim ki, bu işi bitir. Bunu tez qurtarmaq istəyirsənsə, qalib gəl, qələbə qazan. Buna son qoyulmalıdır, qətllər dayandırılmalıdır”, - deyə Tramp bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR