Onlayn ictimai-siyasi qəzet
Monteneqronun paytaxtı Podqoriçanın Zabjelo məhəlləsində şənbə gecəsi baş verən insident ölkədə ciddi narahatlıq yaradıb.
Musavat.com Gundem24.az-a istinadən xəbər verir ki, 25 yaşlı Monteneqro sakini barın terrasındaykən bir qrup türk vətəndaşı ilə mübahisə edib. Qısa müddət sonra mübahisə bıçaqlanma ilə nəticələnib və yerli sakin xəsarət alıb.
Hadisədən sonra bölgə sakinləri küçələrə çıxaraq türklərə məxsus avtomobilləri zədələyib və “ölüm türklərə” şüarları səsləndiriblər. Polisin müdaxiləsi nəticəsində türk və azərbaycanlı vətəndaşların bir hissəsi saxlanılıb.
Reuters yazır ki, Monteneqro hökuməti təhlükəsizlik tədbirlərini gücləndirib və Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırıb.
Türkiyə Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Podqoritsa ilə təmasdadır və saxlanılan vətəndaşlarının hüquqlarının qorunmasını tələb edib.
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ