İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin yeni ulduzu Azərbaycanda Messiyə döndü

Vensan Abubakarın “Neftçi”nin heyətində debütü bir çox ölkə mətbuatının diqqət mərkəzini çəkib.

33 yaşlı hücumçunun Premyer Liqanın 9-cu turunda “Qəbələ” ilə görüşdəki performansı sürprizlə qarşılanıb.

Kamerun millisinin üzvünün bir neçə il legioner həyatı yaşadığı Türkiyə mətbuatı da onun çıxışına biganə qalmayıb.

Həmkarlarımız Abubakarı argentinalı Lionel Messi ilə müqayisə ediblər:

“Uzun müddət futbolsuz qaldıqdan sonra belə geridönüşü ancaq ulduzlar bacarar. Topa ilk toxunuşda assist etmək, ardından qol vurmaq və komandanı qələbəyə daşımaq möhtəşəmdir.

Abubakar “Qəbələ” ilə oyunda Messiyə döndü. Öz formasını bərpa etsə, Azərbaycan çempionatında böyük iz qoyacaq”.

“Neftçi”nin səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Abubakar 70-ci dəqiqədə meydana daxil olaraq debüt edib. (Sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR