Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Tramp İrana güclü cavab verilməli olduğunü düşünr. O, İsrailə İranın nüvə obyektlərinə zərbələr endirməyi təklif edir.
Bu barədə CNN məlumat yayıb. Donald Tramp eyni zamanda “proporsional cavab” verməyi və nüvə obyektlərinə hücum etməməyi tövsiyə edən Co Baydeni də tənqid edib.
Qeyd edək ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden İsrailin qisas almaq hüququnu qorumaq və münaqişənin gərginləşməsindən qaçmaq üçün ölçülü bir yanaşma göstərəcəyinə ümid edir.
Bununla belə, İsrail Bayden administrasiyasına İranın nüvə obyektlərinə hücum etməyi planlaşdırıb-planlaşdırmayacağına dair dəqiq cavab verməyib.
Xatırladaq ki, İran İsrailə ballistik raketlərlə hücum edib. Bundan sonra Ağ Ev İranı raket zərbələri ilə hədələyib. Co Bayden daha sonra bəyanat verib ki, o, İsrailin İranın nüvə obyektlərinə hücumunu qəti şəkildə dəstəkləmir.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ