İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan əhaliyə vəd: 150 min dollara qədər...

ABŞ prezidenti Donald Tramp büdcəni balanslaşdırdıqdan sonra illik gəliri 150 min dolları keçməyən amerikalılar üçün vergiləri ləğv etmək istəyir.

Musavat.com xəbər verir ki, bunu Fox News-a müsahibəsində ABŞ-ın ticarət naziri Hovard Lutnik deyib.

Nazir əlavə edib ki, ABŞ administrasiyasının büdcəni tarazlaşdırmaq, o cümlədən dövlət xərclərini azaltmaq, xarici investorlara ölkədə yaşamaq icazəsi almaq hüququ verəcək qızıl kartların emissiyasından və rüsumlardan gəlir əldə etmək planı var.

Latnik qeyd edib ki, Tramp və onun administrasiyası büdcə balanslaşdırılmamışdan əvvəl iaşə obyektlərində servis haqqı, həmçinin əlavə işlərə görə vergiləri ləğv etmək niyyətindədir.

Qeyd edək ki, fevralda ABŞ hökumətinin büdcə kəsiri 307,017 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə (296,275 milyard dollar) 3,6 faiz çoxdur.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, büdcə gəlirləri keçən ay 9,3 faiz artaraq bir il əvvəlki 271,126 milyard dollardan 296,424 milyard dollara çatıb. Xərclər 6,4 faiz artaraq 567,401 milyard dollardan 603,441 milyard dollara yüksəlib.

Oktyabrın 1-də başlayan 2025-ci maliyyə ilinin ilk beş ayında ABŞ-ın büdcə kəsiri illik müqayisədə 38,5 faiz artaraq təxminən 1,147 trilyon dollara çatıb ki, bu da dövr üçün rekorddur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR