İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Baydenlə bağlı SENSASİON SÖZLƏR

“ABŞ Ağ Evin hazırkı rəhbəri Co Baydenin siyasəti ucbatından ciddi problem yaşayır və cəhənnəmə düşüb”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkə ciddi bəla içindədir, qələbələrdən məhrum qalıb.

“ABŞ-da Baydenin fiziki və zehni qabiliyyətinə şübhə edənlərin sayı artıb”.

Bunu Ağ Evin keçmiş həkimi, respublikaçı konqresmen Ronni Cekson deyib. Onun nöqteyi-nəzərindən Bayden son 3 il ərzində “deqradasiyaya uğrayıb”.

Ceksonun bildirdiyinə görə, dövlət başçısının ətrafında onun növbəti müddətə namizədliyini yersiz şəkildə dəstəkləyən insanlar var.

Bir gün əvvəl ABŞ-da bəzi respublikaçılar partiyadaşlarını Baydenə qalib gəlmək üçün Trampın ətrafında birləşməyə çağırıblar. Belə bir açıqlama ilə Kanzasdan olan respublikaçı senator Rocer Marşall çıxış edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR