İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa sui-qəsd cəhdinin Ukrayna ilə əlaqəsi varmı? – Peskovun cavabı

ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsdlə Ukrayna arasında əlaqələrin qurulması Amerika xüsusi xidmət orqanlarının problemidir, ona görə də Rusiya vəziyyəti izləyir, lakin buna müdaxilə etmək niyyətində deyil.

Musavat.com Rusiya çediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O, jurnalistlərin suallarından sonra Trampa növbəti sui-qəsd cəhdi barədə danışmaq qərarına gəlib. Onlar Moskvanın baş verənlərlə bağlı nə düşündüyü və Kiyevin bu işə qarışması ilə bağlı şübhələrin olub-olmaması ilə maraqlanıblar. Kreml nümayəndəsi bildirib ki, Rusiya bu xüsusda təhqiqatla məşğul deyil.

“Bu barədə düşünməli olan biz deyilik. Hər halda odla oynamağın öz nəticəsi var. İlk növbədə, bu, ABŞ-ın xüsusi xidmət orqanları üçün böyük müşkül və başağrısı olmalıdır”, - Peskov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR