Onlayn ictimai-siyasi qəzet
Donald Trampa sui-qəsd zamanı mitinqin mühafizəsi ilə məşğul olan beş məxfi xidmət zabiti, o cümlədən Xidmətin Pitsburq ofisinin rəhbəri məzuniyyətə buraxılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CBS və Fox telekanalları məlumat yayıb.
Verilən informasiyaya əsasən, Pensilvaniya ştatının Butler şəhəri yaxınlığında keçirilən mitinqdə baş verənlərlə bağlı hələ də qaranlıq məqam çoxdur. Bunlardan ən birincisi sui-qəsdçinin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın danışdığı yerin qarşısında yerləşən evin damına necə çıxa bildiyi ilə bağlıdır.
Məxfi Xidmət öz səhvlərini etiraf edən bəyanat yayıb. Məxfi Xidmətin rəhbəri Kimberli Çitl isə istefa verib.
Departamentin sözçüsü Entoni Qulyelmi digər agentlərin məzuniyyətə buraxılıb-buraxılmadığını açıqlamayıb.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ