Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ifadə vermək hüququnu pozulduğunu bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçmiş prezident Trump “Organization”un maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə dindirilməlidir.
“Mənə ifadə verməyə icazə verilmir. Mənimlə bağlı istintaq sirrini açıqlamamaq əmri var. Bu isə konstitusiyaya ziddir”,-deyə Tramp bildirib.
“CNN”in xəbərinə görə isə əslində, keçmiş prezident məsələni bir qədər şişirdir. Çünki bu əmr Trampın məhkəmədə ifadə verməsinə mane olmur, nə də mətbuata danışmağı və ya kampaniya mitinqlərində çıxış etməyi qadağan edir. Sözügedən məhdudiyyətlər Trumpın sadəcə şahidlər, prokurorlar, məhkəmə məmurları və onların ailə üzvləri və iş üzrə andlı iclasçılar haqqında neqativ fikirlər səsləndirməsinə şamil edilir.
Çərşənbə axşamı məhkəmə Trampı həmin əmri pozduğuna görə 9000 dollar cərimələyib. Bu bir daha təkrar olunsa Trampı həbs gözləyir. Keçmiş prezidentə "Truth" sosial şəbəkəsindən bəzi statusları silmək də tapşırılıb.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ