Onlayn ictimai-siyasi qəzet
ABŞ Venesuela sahillərinə 7 gəmi və 4500 əsgər göndərib. Musavat.com xəbər verir ki, məlumatı Axios portalı mənbələrə istinadən yayıb. Portala görə, Venesuelanın rəhbəri Nikolas Maduro devrilmək riski altındadır.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp üç esmines, bir sualtı qayıq və 2200 dəniz piyadası da daxil olmaqla, 4500 əsgəri olan 7 gəmini Venesuela sahillərinə göndərib. Formal olaraq, missiya narkotik ticarətinə qarşı əməliyyat elan edilir, lakin Axios-un yazdığına görə, Vaşinqton onun ABŞ-ın 50 milyon dollar mükafat qoyduğu və narkotik kartelinin rəhbəri olan Nikolas Maduro rejiminə qarşı əməliyyata çevrilə biləcəyini gizlətmir.
Nəşrin mənbələrinə görə, administrasiya müxtəlif ssenariləri müzakirə edir: gəmilərin qarşısını almaqdan və batırmaqdan tutmuş, kokain istehsalının yerləşdiyi cəngəlliyə hava hücumlarına qədər, hətta Maduronu fiziki olaraq aradan qaldırmaq variantı da var.
Karakasda bu cür hərəkətləri “terror hücumu və rejim dəyişikliyinə cəhd” adlandırırlar. Kolumbiya prezidenti Qustavo Petro isə Maduronu dəstəkləyərək deyib ki, “Günəşlər karteli” (ABŞ-ın narkotik ticarətində ittiham etdiyi Venesuela rəhbərliyindəki hərbi-cinayətkar qrup) arzuolunmaz hökumətləri devirmək üçün ifrat sağçı hiylədir.
Axios-a görə, Vaşinqtonun əsas məqsədi Maduronu istefaya məcbur etmək və ya hərbçiləri mükafat üçün onu vəzifədən uzaqlaşdırmağa həvəsləndirməkdir. Hətta vaxtilə Panamada olduğu kimi, ABŞ-ın xüsusi əməliyyatla Maduronu ələ keçirməsi də mümkün variantlardan biri kimi dəyərləndirilir.
Musavat.com
01 Sentyabr 2025
31 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ