Onlayn ictimai-siyasi qəzet
Rusiyalı MMA döyüşçüsü Aleksandr Yemelyanenko İslam dinini qəbul etmədiyini açıqlayıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə o, Stanislav Rojenkovun "YouTube" kanalına müsahibəsində bildirib.
Yemelyanenkonun sözlərinə görə, onun İslamı qəbul etməsi ilə bağlı söz-söhbətlər Yaxın Şərqə səfərindən sonra yayılıb.
"Mən heç vaxt İslamı qəbul etməmişəm. Bu barədə artıq dəfələrlə danışmışam. Məni Səudiyyə Ərəbistanına dəvət etmişdilər. Oraya getdik və bundan sonra guya İslamı qəbul etdiyim barədə şayiələr yayıldı", - deyə idmançı bildirib.
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ