İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu 

ABŞ neft sənayesinin nümayəndələri Prezident Donald Trampın ticarət siyasətindən və apardığı iqtisadi mübarizələrdən narazılıq ifadə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır. Jurnalistlərin araşdırmasına görə, Trampın ikinci prezidentlik kampaniyasını fəal şəkildə dəstəkləyən neftçilər indi özlərini aldadılmış hiss edirlər.

Məlumatlara görə, Trampın prezidentliyə gəldiyi gündən bəri avadanlıqların alınması və təmiri xeyli bahalaşıb, xam neftin qiymətləri isə 20% ucuzlaşıb. Bu vəziyyət sənayedə iqtisadi itkilərlə yanaşı, siyasi məyusluq da yaradıb.

Ekspertlər qeyd edirlər ki, ticarət savaşlarının yaratdığı qeyri-müəyyənlik və gömrük tariflərinin artması, xüsusilə neft avadanlıqlarının idxalına mənfi təsir göstərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR