İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskiyə söz verdi: "Seçkidə qalib gəlsəm,..."

ABŞ prezidentliyinə namizəd Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Nyu-Yorkda görüş başlayıb.

Musavat.com ABŞ mediasına istinadən xəbər verir ki, Tramp Zelenski ilə görüşündə deyib ki, seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcək.

Tramp görüşdə Zelenskinin inanılmaz sınaqlardan keçdiyini və qələbə planının müzakirə ediləcəyini bildirib:

"Bizim çox yaxşı münasibətimiz var. Prezident Putinlə də çox yaxşı münasibətim var. Düşünürəm ki, qalib gəlsək, bunu çox tez həll edəcəyik", - respublikaçı əlavə edib.

Zelenski isə deyib ki, Ukraynada müharibənin dayandırılmalı olduğu və Putinin qalib gələ bilməyəcəyi ilə bağlı Trampla eyni fikirdədirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR