İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskiyə: "Nə vaxt kostyum geyinəcəksən" - görüşdən sensasion məlumatlar - FOTO

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşdə bir sıra mühüm məsələlər müzakirə olunub.

Tramp bəyan edib ki, ABŞ və Ukrayna arasında faydalı qazıntıların tədarükü ilə bağlı yeni razılaşma bu gün imzalanacaq. O, bu sazişi “ədalətli sövdələşmə” adlandıraraq, bunun ABŞ-ın ciddi öhdəliyi olduğunu vurğulayıb.

Musavat.com biıdirir ki, Zelenski isə bu sənədin Ukrayna üçün “irəliyə doğru addım” olacağını bildirib. Eyni zamanda, o, ABŞ-ın ölkəsinə daha hansı dəstəyi verməyə hazır olduğunu müzakirə etmək istədiyini deyib.

Tramp Ukraynaya silah tədarük ediləcəyini təsdiqləyərək, “Ümid edirəm ki, çox göndərmək məcburiyyətində qalmayacağıq” deyib. Zelenski isə Rusiyanın yalnız Ukraynanın kifayət qədər güclü olduğu halda qorxu hiss edəcəyini vurğulayıb: “Əgər güclü olsaq, rus əsgərləri bizdən qorxacaq. Amma zəif olsaq, anbarlarımız boş olsa, özümüzü müdafiə edə bilmərik.” 

photo_2025-02-28_21-23-55.jpg (141 KB)

Bununla belə, Zelenski ABŞ-la imzalanan faydalı qazıntılar sazişinin yetərli olmadığını bildirib və Putinin dayandırılması üçün daha güclü addımların atılmalı olduğunu qeyd edib. O, eyni zamanda, Rusiyanın Ukraynanın bərpası üçün pul ödəməli olduğunu vurğulayıb.

Trampın Rusiya və Ukrayna arasında kimin tərəfində olduğu ilə bağlı suala cavabı isə mübahisələrə yol açıb. O, öz mövqeyini belə izah edib:
“Mən ortadayam. Mən sülhün əldə olunmasını istəyirəm.”

Görüş zamanı Zelenski Trampa Rusiya əsirliyindən qayıdan ukraynalı əsgərlərin fotolarını göstərib. Ukrayna lideri bununla bağlı əlavə açıqlama verməsə də, bu anın görüşdə ciddi emosional təsir yaratdığı bildirilir.

Trampın Zelenskiyə “kostyum” sualı

Görüşün maraqlı anlarından biri də Trampın Zelenskiyə ünvanladığı qeyri-adi sual olub. ABŞ prezidenti Ukrayna liderindən nə vaxt kostyum geyinəcəyini soruşub. Zelenskinin cavabı isə qısa olub:

“Baxarıq.”

photo_2025-02-28_21-23-52.jpg (102 KB)

Trampın Rusiyanın işğal etdiyi ərazilərdən çıxması barədə cavabı

Trampdan Rusiya ordusunun işğal etdiyi Ukrayna ərazilərindən çıxıb-çıxmayacağı soruşulub. ABŞ prezidenti bu suala qeyri-müəyyən şəkildə belə cavab verib:

“Baxarıq. Orada böyük bir ərazi var.”

Bu cavab Trampın Ukrayna məsələsində konkret mövqe bildirməkdən yayınması kimi qiymətləndirilir.

Görüşün nəticələri hələ ki, tam aydın deyil, lakin Tramp və Zelenski arasında baş tutan dialoq dünya siyasətində yeni mərhələnin başlanğıcı ola bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Mart 2025

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR