İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp zəka testindən keçdi - Nəticə GÖRÜN NECƏ ÇIXDI

ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik dönəminin ilk tibbi yoxlanışını keçib.

Musavat.com xəbər verir ki, müayinə Vaşinqton yaxınlığındakı Valter Rid Milli Hərbi Tibb Mərkəzində baş tutub və təxminən dörd saat davam edib.

Tibbi prosedurlar zamanı Trampa həm ümumi sağlamlıq testləri, həm də zehni fəaliyyətini ölçən koqnitiv testlər tətbiq olunub.

Mərkəzin qarşısında jurnalistlərin suallarını cavablandıran Tramp deyib: “Koqnitiv testdə bütün sualları düzgün cavabladım. Həmçinin ürəyimlə bağlı müxtəlif testlərdən də keçdim.”

Ağ Evin sözçüsü Caroline Leavitt bildirib ki, tibbi müayinənin nəticələri yaxın günlərdə paylaşılacaq.

Qeyd edək ki, ABŞ qanunvericiliyi prezidentləri tibbi sənədlərini paylaşmağa məcbur etmir. Buna baxmayaraq, ölkə tarixində prezidentlərin səhhətindəki ciddi problemləri ictimaiyyətdən gizlətməsi ilə bağlı kifayət qədər nümunə mövcuddur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR