İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp yenə İDDİALI DANIŞDI: "Müharibəni bir gündə bitirərəm"

ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizədliyini təkrar irəli sürən keçmiş prezident Donald Tramp demokratları “istirahətçi” olmaqda, öz partiyası olan Respublikaçıların administrasiyasını isə “axmaqlıqda” ittiham edib.

Musavat.com xəbər verir ki, Tramp özünü "Üçüncü Dünya müharibəsinin başlamasının qarşısını alacaq yeganə insan" adlandırıb.

O, bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini “bir gündə” bitirə biləcəyini iddia edib.

Üçüncü dünya müharibəsinin başlayacağını, lakin bunun qarşısını ala biləcək yeganə lider olduğunu iddia edən Tramp öz prezidentlik dövründə həyata keçirdiyi Rusiya və Çin siyasətini tərifləyib.

Keçmiş prezident ABŞ-ın azad ölkə olmadığı və hazırda azad mətbuatın olmadığı deyib.

Tramp 1 saat 45 dəqiqə davam edən çıxışında Co Bayden administrasiyasını da tənqid edib: “Biz Baydeni Ağ Evdən çıxaracağıq”.

ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etdiyini deyən Tramp Talibanın ABŞ-ın Əfqanıstanda qoyduğu silahları başqa ölkələrə satdığını iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR