İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp-USAID müharibəsi davam edir

"USAID-i radikallar-dəlisovlar idarə edir və biz onları qovuruq, sonra qərar qəbul edəcəyik".

Musavat.com xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Tramp tərəfindən səslənib.

Qeyd edək ki, ötən həftənin bazar günü ABŞ hökumətinin effektivliyini artırmaq üçün yeni qurulan orqanın (DOGE) rəhbəri İlon Mask USAID-i bioloji silahların, o cümlədən COVID-19-un törədicilərinin hazırlanmasının maliyyələşdirilməsində ittiham edib.

Maskın sözlərinə görə, USAID cinayət təşkilatıdır və onun "ölmək vaxtıdır".

Məlumata görə, USAID-in təhlükəsizlik xidmətinin iki rəhbəri DOGE ilə münaqişə səbəbindən inzibati məzuniyyətə göndərilib. Belə ki, bu adamlar İlon Maskın idarəsinə gizli məlumatlara giriş verməkdən imtina ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR