İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: Ukraynaya 350 milyard dollar verildi, amma bu pulların harada olduğu bilinmir

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya təxminən 350 milyard dollar yardım ayırıb, lakin bu vəsaitlərin xərclənməsi ilə bağlı hesabatların olmaması narahatlıq doğurur.

Musavat.com-un məlumatına görə Tramp həmçinin Avropa ölkələrini Kiyevə kifayət qədər maliyyə dəstəyi verməməkdə tənqid edib:

"Prezident Zelenski ötən həftə bildirdi ki, ABŞ-ın Ukraynaya ayırdığı vəsaitin yarısını belə almayıb. Biz Kiyevə, görünür, 350 milyard dollar ayırmışıq. Ola bilər ki, bir qədər az, amma bu, böyük məbləğdir. Bəs bu pullar haradadır? Hara gedib? Mən bu barədə heç bir hesabat görməmişəm", – deyə Tramp vurğulayıb.

Bu açıqlama Ukraynaya ayrılan maliyyə yardımı ilə bağlı şəffaflıq məsələsini yenidən gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR