İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Türkiyəyə getmir – səbəbi açıqlandı

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı Türkiyədə keçirilməsi nəzərdə tutulan danışıqlara qatılmayacağı rəsmən açıqlanıb. Bu barədə məlumatı Sky News yayıb.

Məlumata görə, Trampın qərarı Rusiya Prezidenti Vladimir Putinin danışıqlarda iştirak etməyəcəyi və yalnız nümayəndə heyəti göndərəcəyi ilə bağlı açıqlamasından sonra verilib. ABŞ rəsmisinin sözlərinə istinad edən Sky News bildirir ki, Tramp yalnız Putinlə birbaşa görüş ehtimalı olacağı təqdirdə Türkiyəyə getməyi düşünürdü.

Xatırladaq ki, Kreml danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini açıqlayıb. Heyətə Putinin köməkçisi Vladimir Medinski, müdafiə nazirinin müavini Aleksandr Fomin və digər tanınmış şəxslər daxil edilib. Bu, Rusiya tərəfinin danışıqlara əvvəlki – 2022-ci il İstanbul formatında yanaşdığını göstərir.

Trampın qərarı fonunda ABŞ-ın bu mərhələdə danışıqlarda birbaşa fiziki iştirak etməyəcəyi, prosesə siyasi dəstək çərçivəsində yanaşacağı aydın olur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR