Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampı güllələyən 20 yaşlı amerikalı Tomas Metyu Kruksun hərəkətlərinin motivlərini müəyyən etmək üçün işlərini davam etdirir.
APA xəbər verir ki, bu barədə FTB-nin sözçüsü Kevin Rocek xüsusi brifinqdə jurnalistlərə bildirib.
O qeyd edib ki, büro cinayətkarın cinayət ortaqlarının olduğuna və ya xarici dövlətin hadisədə əli olduğuna inanmır.
“FTB aydın motivi müəyyən etməyib. İstintaq davam edir, lakin şübhəlinin şəriklərinin olduğuna dair heç bir dəlil tapmadıq”, - deyə o bildirib.
O, əlavə edib ki, cinayətkar internetdə Demokratlar və Respublikaçıların qurultayları, həmçinin ABŞ prezidenti Co Bayden haqqında məlumat axtarıb. Onun qanında spirtli içki və ya narkotik maddələr aşkar edilməyib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ