Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin tarixində ən çox müzakirə olunan hadisələrdən biri – Prezident Con F.Kennedinin qətli ilə bağlı məxfi sənədlərin açıqlanmasına dair sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, bu addım, hadisə ilə bağlı yeni məlumatların ictimaiyyətə çatdırılması və müzakirələrin yenidən gündəmə gəlməsi məqsədini daşıyır. Trampın sözlərinə görə, sənədlərin məxfiliyinin açılması tarixin qaranlıq səhifələrinin işıqlandırılması üçün vacibdir.
Kennedinin qətli ilə bağlı bu sənədlərin açılması təkcə ABŞ daxilində deyil, bütün dünyada maraqla izlənilir. İllərdir müxtəlif nəzəriyyələr və spekulyasiyalarla müşayiət olunan bu hadisə barədə yeni faktların ortaya çıxması gözlənilir.
Kennedinin qətli
1963-cü il noyabrın 22-də ABŞ-ın 35-ci prezidenti Con F.Kennedi Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. Kennediyə snayperdən iki dəfə atəş açılıb, birinci mərmi onun boynuna, ikincisi isə başına dəyib.
Açıq avtomobildə gedən zamanı baş verən hadisə ölkədə və dünyada dərin şok və kədərə səbəb oldu.
Hadisənin əsas şübhəlisi kimi Li Harvi Osvald saxlanılsa da, sui-qəsd ətrafında müxtəlif nəzəriyyələr və mübahisələr bu günədək davam edir. Kennedinin ölümü ABŞ tarixinin ən qaranlıq səhifələrindən biri hesab olunur.
Musavat.com
24 Yanvar 2025
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ