İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan SENSASİYA: “Qəzzada baş verənlər soyqırım deyil”

ABŞ Prezidenti Donald Tramp, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırımı” adlandırmaqdan imtina edib və 7 oktyabrda HƏMAS tərəfindən törədilmiş hücumu xatırladıb.

“Mən belə düşünmürəm. Onlar müharibə aparırlar. 7 oktyabrda dəhşətli hadisələr baş verdi”, – deyə Tramp jurnalistin “İsrailin cavab əməliyyatları soyqırımıdırmı?” ,-  sualına cavabında bildirib.

 Tramp əlavə edib ki, Vaşinqton Qəzzada mülki əhalinin ölməməsi üçün çalışır:

“İstəyirik ki, insanlar ac qalmasın. İstəyirik ki, İsrail onları yeməklə təmin etsin. İstəmirik ki, insanlar aclıqdan əziyyət çəksin və ölsün”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR