İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə 100-ə yaxın rusiyalını deportasiya edib

2025-ci ilin ilk yarım ilində Finlandiya hakimiyyəti 90 Rusiya vətəndaşını deportasiya edib, onlardan 16-sı müşayiət altında ölkədən çıxarılıb.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, ümumilikdə, yanvar-iyun aylarında Finlandiyadan 1,4 min nəfər çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur. Deportasiya zamanı 271 xarici vətəndaşı polis müşayiət edib.

Finlandiyadan ən çox deportasiya olunan əcnəbilər arasında Estoniya, Rumıniya, Rusiya və İraq vətəndaşları üstünlük təşkil edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR