İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Qrenlandiyaya milyardlarla investisiya və təhlükəsizlik təklif etdi

ABŞ Prezidenti Donald Tramp yenidən Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyini ifadə edib və adaya iqtisadi artım, yeni iş yerləri və milyardlarla investisiya təklif edib.

Musavat.com xəbər verir ki, Tramp “Truth Social” platformasında yayımladığı yazıda Qrenlandiyanı iqtisadiyyatının inkişafı, yeni iş imkanları və böyük maliyyə yatırımları ilə təmin etməyə söz verib.

O həmçinin adanın təhlükəsizliyinin ABŞ tərəfindən təmin edilməyə davam edəcəyini, bu təhlükəsizliyin İkinci Dünya müharibəsindən bəri davam etdiyini vurğulayıb.

"Biz vəd edirik ki, sizin təhlükəsizliyinizə, II Dünya müharibəsindən bəri olduğu kimi, diqqət yetirəcəyik. Biz milyardlarla dollar investisiya qoymağa, yeni iş yerləri yaratmağa və sizi zəngin etməyə hazırıq. Əgər istəyirsinizsə, dünyanın ən gözəl ölkəsi olan Birləşmiş Ştatlar bir hissəsi ola bilərsiniz," - deyə Tramp qeyd edib.

Bu təklif Qrenlandiyanın ABŞ-a birləşməsi ilə bağlı əvvəlki müzakirələri və diskussiyaları xatırladır.

Lakin belə bir təklifin beynəlxalq siyasi və hüquqi aspektləri mövcuddur və bu məsələ hələ də mübahisəlidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR