Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Qətər rəhbərliyi ilə dəyəri 1,2 trilyon dollardan çox olan müqavilə imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə çərşənbə günü Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bura müdafiə sahəsində sövdələşmələr daxildir.
ABŞ administrasiyası bildirib ki, bağlanan sövdələşmələr Amerikanı yeni Qızıl əsrə aparacaq.
"Bu gün Qətərdə Prezident Donald Tramp Qətər rəhbərliyi ilə iqtisadi əməkdaşlıq haqqında 1,2 trilyon dollardan çox dəyərdə saziş imzalayıb", - Ağ Evin saytında deyilir.
Ağ Ev hesab edir ki, imzalanmış sazişlər gələcək nəsillər üçün innovasiya və rifahı təşviq edəcək, Amerika istehsalı və texnologiya liderliyini gücləndirəcək.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ