Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutacağı gözlənilən telefon danışığı Ukrayna müharibəsinin gedişində həlledici dönüş nöqtəsinə çevrilə bilər.
Musavat.com CNN-ə istinadla xəbər verir ki, Avropa rəsmiləri Trampla Putinlə danışmazdan əvvəl təmas qurmağa çalışır. Səbəb isə Avropanın əsas narahatlığıdır: Trampın münaqişə ilə bağlı mövqeyinin, son danışdığı şəxsin təsiri ilə formalaşa biləcəyi ehtimalı.
CNN yazır ki, həm Tramp, həm də Putin yalnız öz şəxsi nüfuzları və liderlik bacarıqları ilə Ukraynadakı müharibəyə son qoymağa qadir olduqlarına sarsılmaz şəkildə inanırlar.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ