İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: "Prezident seçilsəm, Çin Tayvana güc tətbiq etməyəcək"

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, o, dövlət başçısı postuna gəlsə, Çin Tayvana qarşı heç bir zorakı addım atmayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə radio aparıcısı Hyu Hyutə müsahibəsində bildirib.

“Mənim Jinping ilə gözəl münasibətim var idi. Tayvan üçün narahat olmaq lazım deyil. Mən prezident olsam, heç vaxt Tayvana qarşı aqressiv hərəkətlər olmayacaq, yəni prezident olsam, Çin heç vaxt Tayvana daxil olmayacaq. Heç şansı da yoxdur”, - Tramp bildirib.

O, həmçinin qeyd edib ki, əgər ABŞ prezidenti vəzifəsində çalışsaydı, “Rusiya heç vaxt Ukraynaya girməzdi”.

Bundan əvvəl Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haydong yazıb ki, ABŞ-ın Tayvana hərbi yardımı Vaşinqtonun Çinlə hərbi münaqişəyə səbəb olmaq istəyini nümayiş etdirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR