İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp o üçüncü müddətlə bağlı: Elə bilirsiz, zarafat edirəm?

Üçüncü müddətə prezident kimi namizədliyimi irəli sürmək ehtimalını istisna etmirəm və bunun üçün "metodlar" var.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "NBC News"a müsahibəsində danışıb.

"Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, bizim getməli olduğumuz uzun yol var, bu barədə danışmaq hələ çox tezdir", - deyə Tramp bildirib.

Jurnalist bunula bağlı prezidentdən açıqlama istədikdə o, "zarafat etmirəm" cavabını verib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına edilən 22-ci dəyişiklik prezidentin üçüncü müddətə namizədliyini irəli sürməsini qadağan edir və bu, bir nəfərin vəzifədə olma müddətini yalnız iki müddətlə (ardıcıl və ya fasilələrlə) məhdudlaşdırır.

"NBC News"un vitse-prezident Cey Di Vensin namizədliyini irəli sürəcəyi və daha sonra prezidentliyi təhvil verəcəyi ssenari ilə bağlı sualı Donald Tramp "bu bir üsuldur" deyə cavablandırıb və hətta "başqa metodlar da var" sözlərini işlədib. Həəmin metodların nədən ibarət olduğu barədə verilən suala isə o, sadəcə olaraq "yox" cavabını verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR