Onlayn ictimai-siyasi qəzet
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp nüvə silahını ölkəsi və bütün dünya üçün əsas problem hesab edir.
"Report" xəbər verir ki, bunu siyasətçi Viskonsin ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
“Bu, heç vaxt görülməmiş dağıdıcı qüvvədir və biz ondan heç vaxt istifadə olunmayacağına əmin olmalıyıq”, - Tramp bildirib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin Çinlə bağlı məxfi strateji planı barədə xəbərləri şərh edərkən deyib ki, təşkilanüvə təhlükəsini aradan qaldırmaq üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayır.
Avqustun 21-də “The New York Times” məlumat yayıb ki, ABŞ Prezidenti Cozef Bayden mart ayında gizli strateji nüvə planını təsdiqləyib. Burada ilk dəfə olaraq Çinin nüvə arsenalları artdıqca, onun cilovlanmasından danışılır. Belə bir sənədin qəbulu Pentaqonun növbəti onillikdə Çinin ehtiyatlarının həcminə və çeşidinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağına dair fərziyyəsi ilə əlaqələndirilir.
Qeyd edilib ki, Bayden Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarına hazırlaşmaq üçün də göstərişlər verib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ