Onlayn ictimai-siyasi qəzet
ABŞ-də prezident uğrunda gərgin mübarizə davam edir. Seçkinin bitməsinə saatlar qala Donald Tramp seçicilərinə vəd verməyə davam edir.
Musavat.com xəbər verir ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına və üçüncü dünya müharibəsinin qarşısını alacağına yenidən söz verib.
Siyasətçi Miçiqandakı tərəfdarlarına deyib: “Mən prezident olsaydım, Ukraynada münaqişə başlamayacaqdı, amma mən buna son qoyacağam.
Yaxın Şərqdəki xaosu dayandıracağam və üçüncü dünya müharibəsinin qarşısını alacağam” deyə, Tramp bütün dünya oyunçularını tanıdığını bildirib.
Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı Ağ Evə qayıdacağı təqdirdə andiçmə mərasimindən əvvəl Ukrayna münaqişəsini tənzimləyəcəyinə söz verib. Siyasətçi sülh planının təfərrüatlarını açıqlamaqdan imtina edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ