Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı təbrik etməsi çox əhəmiyyətli hadisədir.
Putinin təbriki Rusiyanın ABŞ ilə münasibətlərinin normallaşdırlması üçün danışıqlara açıq olduğunun ifadəsidir.
Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat xatırladıb ki, Baydenin dövründə ABŞ-Rusiya münasibətləri tarixi minimuma enib: "Bu da Rusiya- Ukrayna müharibəsinin sonu görünməyən münaqişəyə çevrilməsinə yol açıb. Amma Tramp seçkiöncəsi təbliğat kampaniyası zamanı Rusiya-Ukrayna müharibəsini inaqurasiya mərasiminə qədər dayandıracağına söz vermişdi. Tramp bu fikirləri səsləndirəndə Putinlə danışıqlar apara və müəyyən məsələlərdə razılığa gələ biləcəyini nəzərdə tuturdu. İndi də Putinin açıqlaması ABŞ-Rusiya münasibətlərində yeni bir səhifənin açılması üçün fürsət yaradır. Trampın əvvəlki prezidentliyi dövründə də ABŞ yeni müharibələrə başlamamışdı. Əksinə müharibələrin dayandırılması istiqamətində addımlar atılmışdı. İndi yeni prezidentlik dövründə də Trampın eyni addımları davam etdirəcəyi gözləniləndir. Tramp yaxşı biznesnmender. Ona görə də müharibələrsiz təmiz biznes quraraq ABŞ-nin iqtisadiyyatını tənəzzüldən qoruyacaqdır. Bu baxımdan tezliklə Rusiya Ukrayna müharibəsinin başa çatdığını görsək, heç də təəccüblənməməliyik".
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ