İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp miqrantları terrorçular üçün yaradılan düşərgəyə GÖNDƏRDİ

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Quantanamo həbsxanasına göndərilən ilk miqrantlar  “6-cı düşərgə”  kimi tanınan hərbi obyektdə yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Nəşr yazır ki, əvvəllər orada “Əl-Qaidə” ilə əlaqəli məhkumlar saxlanılırdı. Vəkillərə yeni məhbuslarla görüşə icazə verilmir. Hazırda ora 30-dan çox miqrant gətirilib.

Trampın sözlərinə görə, ümumilikdə buraya təxminən 30 min nəfər gətiriləcək və daha sonra bu insanlar gəldikləri ölkələrə geri göndəriləcək.

Hüquqşünasların dediyinə görə, “6-cı düşərgə” 100-dən çox adamı qəbul edə bilər. Eyni zamanda, həbsxananın yaxınlığında yerləşən miqrasiya mərkəzi təxminən 120 nəfər üçün nəzərdə tutulub. Yeni peyk şəkillərində mərkəzin yaxınlığında 185-dən çox çadırın qurulduğu və bu çadırlarda deportasiya olunacaq şəxslərin yerləşdiriləcəyi görünür.

Hüquqşünaslar nəşrə bildiriblər ki, Tramp administrasiyası məhbusların Venesuelanın “Tren de Aragua” cinayət qrupunun üzvləri olduğunu deyir, lakin bunu təsdiqləmək mümkün deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR