İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp minlərlə miqrantı gizli şəkildə GÖRÜN HARA GÖNDƏRİR

ABŞ prezidenti Donald Trampın administrasiyası bu həftə ölkədə qeyri-qanuni yaşayan minlərlə miqrantı Quantanamo hərbi bazasına köçürməyə başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Məcburi deportasiya üçün nəzərdən keçirilən xarici vətəndaşlar müxtəlif ölkələrdəndir. Onların arasında dost Avropa dövlətlərinin, xüsusilə Böyük Britaniya, İtaliya, Fransa, Almaniya, İrlandiya, Belçika, Niderland, Litva, Polşa, Türkiyə və Ukraynanın yüzlərlə vətəndaşı, eləcə də dünyanın digər bölgələrindən, o cümlədən Haitidən olan çoxsaylı şəxslər var”, – deyə məlumatda qeyd olunur.

Qəzetin mənbələrinin bildirdiyinə görə, Tramp administrasiyası deportasiyaya məruz qalacaq şəxslərin mənsub olduğu ölkələrin hökumətlərini bu barədə məlumatlandırmayacaq. Hazırda Quantanamoya göndərilmək üçün 9000 nəfərə tibbi müayinələr keçirilir. Məqsəd onların səhhətinin səfər üçün yetərli olub-olmadığını müəyyənləşdirməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR