Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp ilə məşhur iş adamı, “X” platformasının sahibi İlon Mask arasında uzun müddətdir davam edən ictimai qarşıdurma barışla nəticələnə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib.
Bir jurnalistin “Sizcə, aranızda münasibətləri qaydaya sala bilərsinizmi?” sualına Tramp qısa cavab verib: “Düşünürəm ki, bəli.”
ABŞ Prezidenti qeyd edib ki, vaxtilə İlon Maskın bir qanun layihəsini tənqid etməsi onu məyus edib:
“O qəfil bu qanun layihəsinə qarşı çıxış etdi – halbuki bu, əla bir təşəbbüs idi. Düşünürəm ki, o özü də bu açıqlamadan narahatdır. Amma mən heç bir kin saxlamıram.”
Bu açıqlamadan qısa müddət sonra İlon Mask da sosial şəbəkədə mövqeyini yumşaldaraq barışıq mesajı verib. O yazıb ki:
“Tramp haqqında yazdığım bəzi paylaşımlara görə peşmanam. Düşünürəm, bir az ifrata varmışdım.”
Beləliklə, tərəflərin son açıqlamaları qarşılıqlı münasibətlərin normallaşmasına işarə edir.
Musavat.com bu mövzu ilə bağlı video süjeti rus dilində təqdim edir.
@@TVmusavat/117022@@
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ