İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Maskın narkoman olmasından narahat deyil

ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın narkotik istifadəsi ilə bağlı məlumatlardan narahat deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə Maskın narkotik istifadəsi ilə bağlı medianın məlumatlarından narahat olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Mən İlonla bağlı heç nədən narahat deyiləm”. Eyni zamanda ABŞ prezidenti mətbuatda müvafiq məlumat çıxana qədər bundan xəbərsiz olduğunu iddia edib.

“The New York Times” qəzetinin yazdığına görə, Mask Trampın seçki kampaniyası zamanı narkotikdən fəal istifadə edib. Qəzetin mənbələrinə görə, iş adamı müntəzəm olaraq ketamin, ekstazi və halüsinogen göbələk qəbul edib. Nəşr Maskın Tramp administrasiyasına qoşularaq ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət etməyə başladıqdan sonra qadağan olunmuş maddələrdən istifadə etməyə davam edib-etmədiyini aydınlaşdıra bilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR