İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Latın Amerikasında Baydenin immiqrasiya ofislərini bağlayır


CBS-in məlumatına görə, Donald Tramp administrasiyası Kolumbiya, Kosta-Rika, Ekvador və Qvatemalada yaradılmış immiqrasiya ofislərini bağlamağa qərar verib.

Musavat.com xəbər verir ki, bu ofislər həmin ölkələrin vətəndaşlarına və ya həmin ərazilərdən keçən şəxslərə ABŞ-a qanuni şəkildə daxil olmaq üçün müraciət etmək imkanı verirdi.

Telekanalın qeyd etdiyi kimi, əvvəlki administrasiya tərəfindən yaradılmış bu strukturlar, yeni hökumətin miqrasiya siyasətinə uyğun gəlmir. Trampın bu addımı ABŞ-a miqrasiya axınının daha sərt şəkildə idarə olunacağına işarə edir.

Xatırladaq ki, bu ofislər ABŞ-a qanuni və təhlükəsiz yollarla daxil olmaq istəyənlər üçün alternativ yaratmaq məqsədilə təsis edilmişdi. Yeni qərar Latın Amerikasında miqrasiya ilə bağlı vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR