Onlayn ictimai-siyasi qəzet
Nümayəndələr Palatasının 2021-ci il yanvarın 6-da Kapitoli binasına hücumla bağlı təhqiqat aparan komitəsi ABŞ-ın sabiq Prezidenti Donald Trampın bu məsələ ilə bağlı dinləmələrə çağırılmasını istəyib.
AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, komitənin bütün üzvləri Donald Trampın Konqresə çağırılmasına yekdilliklə səs verib. Qanunvericilər ABŞ-ın 45-ci prezidentinin Konqresə çağırılması barədə qərarı ilk növbədə bütün şahidlərin dinlənilməsi zərurəti ilə izah ediblər.
Demokrat konqresmen Benni Tompson sabiq prezidentin həmin hadisələrinin mərkəzindəki yeganə şəxs olduğunu və bu səbəbdən təfərrüatları ondan eşitmək istədiklərini deyib.
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın sabiq Prezidentinin “oğurlanmış seçkilərdə ədaləti bərpa etmək” çağırışından sonra Donald Tramp tərəfdarları Konqres binasına hücum edib. İğtişaşlar zamanı beş nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Həmçinin prokurorluq basqında şübhəli bilinən 1,2 mindən çox insana qarşı rəsmi ittiham irəli sürüb. Nümayəndələr Palatasında Kapitoli binasına hücumu araşdırmaq üçün xüsusi komitə yaradılıb.
15 Oktyabr 2024
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ