İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp HƏMAS-ın İsrailə hücumuna görə Baydeni suçladı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ-dan gedən pulların HƏMAS-ın İsrailə hücumuna kömək etdiyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, eks-prezident deyib: "Bu hücumun maliyyələşdirilməsinə Co Bayden administrasiyasından verilən, amerikalı vergi ödəyicilərinin dollarları kömək edib".

O, təəssüflə bildirib ki, əvvəlki administrasiya Yaxın Şərqə bu qədər sülh gətirdi, ancaq Baydenin bu qədər sürətlə geriyə atacağını heç kim təsəvvür edə bilməzdi.

Keçmiş dövlət başçısı HƏMAS-ın hücumlarını biabırçılıq adlandırıb. Onun sözlərinə görə, İsrailin hər vasitə ilə özünü müdafiə etmək hüququ var.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR