Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp Senat seçkilərində iştirak etməkdən vaz keçib.
Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Lara Tramp bu ay Respublikaçılar Milli Komitəsinin (RNC) həmsədri vəzifəsindən istefa verib. Hamı onun Trampın dövlət katibi vəzifəsinə namizədliyini irəli sürdüyü, Florida ştatından respublikaçı senator Marko Rubionu əvəz edə biləcəyini düşünürdü.
Lara Tramp Florida ştatının qubernatoru Ron DeSantisə Rubionun 2026-cı ildə başa çatacaq 6 illik səlahiyyət müddətinin qalan hissəsi üçün əvəzləyici tapmaqda uğurlar arzulayıb.
Musavat.com
22 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ